Radikal elə radikaldır!

Radikal elə radikaldır. İstəyir sünnü olsun, istəyir şiə olsun, istəyir ateist olsun, istəyir millətçi olsun, istəyir solçu olsun, istəyir liberal olsun-fərqi yoxdur-cəmiyyət bunları neytrallaşdırıb, marginallaşdıra bilirsə inkişaf edir, əks təqdirdə radikal, rəngindən asılı olmayaraq cəmiyyət üçün təhlükəlidir. Bu idelogiyalar hamısı dinc demokratik mühitdə yaşayıb, dinc vasitələrlə rəqabət aparmağa öyrəşdirilməlidirlər. Bir də mən 10-15 il bundan əvvəl yazırdım ki, dini təbilağtda xarici amilin aparıcı olması ölkə üçün çox fəsadllar yaradacaq. Göz qabağındadır. Bizim “möminlərin” böyük bir qismi formalaşıb ki, nə ölkənin sekulyar-demokratik quruluşuna, nə də ümumiyyətlə Azərbaycan dövləti mənafelərinə sadiqdirlər. İdealları İran, Osmanlı, Səudiyyədir. Məmləkətin iranlılaşmasını, osmanlılaşmasını, səudiyyələşməsini istəyirlər. Dindarın azərbaycanlılaşdırılması və onun dünyəvi demokartik quruluşa biətinin təmin edilməsi dövrümüzn əsas vəzifələrindəndir .

 

Altay Goyushov

Advertisements

Yaxşı da, düz deyil axı!

Bildilər bilmədilər danışırlar. İndi SSRİ-nin nostalgiyası ilə yaşayanların yadına bəzi həqiqətləri salmaq istəyirəm. Durun deyin ki, düz deyil. Yox, əgər düzdürsə, bunun nostalgiyasını necə çəkmək olar, başa düşmürəm. Məsələ belə idi: dükanda ət və yağ yox idi, heç fərli siqaret də yox idi. Boçkovoy pivə üçün bütün şəhəri gəzirdilər ki, bəlkə hardansa tapıldı, butıloçni Jiqulyovskinin adini isə çəkmə. Tapanda görürdün ki, butılkanın dibində nə isə üzür. Dostum Ceyhun demiş, bizdə Sovet pivəsini arpa-buğdadan deyil, çürümüş pomidor xiyardan çəkirdilər. Yəni keyfiyyət filan da yox idi.

Dükana girirdin bir satıcı olurdu, bir də boş piştaxta ( o vaxt camaatın zarafatı da var idi “bir həsir, bir də Məmmədnəsir”):)  CAMAAT ƏKSƏRƏN DONDURULMUŞ (ZAMAROJENNİ) ət yeyirdi, evdə təzə ət bayram kimi bir şey idi.

Paltar? Mənim yadıma gələni cavanlar hamısı cins şalvar və layka plaş geyirdi, qadınlar isə layka-lama. Bütün şəhər eyni, qara rəngdə! Elə bilirsiniz bunları dükandan alırdılar? Əsla, yalnız alverçilərdən və Kubinkadan. Dükanda indi məktəblilərimiz və əsgərlərimiz üçün forma tikən Volodarski fabrikin istehsalı olan (istehsal sözünə adamın yazığı gəlir) bir ətəyi o birindən uzun, bir qolu o birindən qısa şalvar, köynək satırdılar. Heç kim almırdı. İndi kefdədirlər. Marlboronu dükandan su qiymətinə alıb, hələ bir narazılıq da edirlər. Ala, ey, qaqulya! Marlboro üçün də Yasamaldan Kubinkaya gəlirdiy eee, Seyidin qapısına….

Rayonlarda məhsul yığımı vaxtı xəstə, qoca, qız, gəlin, bəy hamını doldurudular tarlalara pambıq-üzüm yığmağa. Alə, hətta bu axşam toyu olanlara “katıf” (raykom) şəxsən norma qoyurdu. Hələ bir tələbələri də şəhərdən yığıb aparırdılar. Bomba idi, fintikuruşni, “qorodskoy” qızların əllərini pambıq tacının tikanları cırıq-cırıq edəndə görəydiniz:) Bəh-bəh!  Əkin-biçin vaxtı rayonun küçələrində görünən adamı damlayıb atırdılar tarlaya, ikiqat norma ilə eşşək qədər işlədirdilər. Atam Şabranı qazanda, bir gün indi BDU-nun professoru olan Tarix müəllimi rayon mərkəzində gəzən görüb tutub aparmışdılar, amma o da kişi kimi yığmaqdan imtina eləmişdi, basmışdılar içəri :))  İndi kənd əhalisinin çoxu Rusiyada yaşayır, Bakıda ev alıb, palçıq görmür, maşını var, tarlaya zorla aparan yox (gözümlə görmüşəm beton üzüm dirəklərini qızlar elə daşıyırdılar Fitnə qələt edirdi yanlarında. Bir dəfə bir həmyaşıdım olan yerli kəndli qızı ilə bu beton dirəklərin arasında, üzümlükdə gəzişirdik, məndən soruşdu ki, bu dirəyi qaldıra bilərsən, nə qədər zor elədim dəbərdə bilmədim:):).

Marks zad boş şeydi bala. Kəndçilərin əksəriyyəti Sovet hökumətinin geri qayıtmasını zərrə qədər də istəməz. Bu təxminən Mirzə Cəliin Ölülərinə oxşayır. Keçmişi yada salıb keflənirlər, amma keçmişi ayıltmaq momentinə çatanda hamı hövlənək qalxar ki, alə mən neyniyirəm?

O ki qaldı şəhərlilərə. Ay hay… hamısı Amerika, Avropa, İsrail və bəd ayaqda Türkiyədə inkişaf etmiş kapitalizmdə inasn həyatı yaşayırlar. Onların təpəsinə güllə atsan da sovet dövrünün piştaxtası boş Bakısına qayıtmazlar. Siz nə danışırsınız. Adam da yaxşını görəndən sonra pisə həsəd aparar? Yox eee yox! Onalrın piştaxtası doludur və almağa da pulları var. Biz isə cibimiz dolu olanda (guya) piştaxtamız boş idi, indi piştaxtamızı doldurmuşuq, fəqət cibimizdə siçanlar oyanıyr.  Deməli sökəndən sonra tikdiyimiz ev it günündədir, amma bu o demək deyil ki, əvvəlki evimiz yaşamalı idi. Yox, əlsa! Əks təqdirdə sökməzdik!

Altay Goyushov

Fikirxana !

Fikirxana adı altında bir blog sayt formalaşdırmaq uzun zamandır düşündüyümüz bir ideya idi.Ancaq nə vaxtdır təmbəllik edirdik.Əslində Fikirxana adına qədər emalatxana adı altında bir şey fikirləşirdik.Lakin müzakirələr nəticəsində Fikirxana ideyası formalaşdı.Bizdə bunu gərçəkləşdirməyə qərar verdik.

Fikirxana blog saytında sizlərələ etrafda müşahide etdiyimiz proseslerdən məqamları bölüşəcəyik.Təbii sizlərində təklif və ideyalarını hər zaman gözləyirik.Hətta sizin yazılarınızıda blogumuzda yerləşdirə bilərik.

Fikirli xanalarla işə başlayaq …